Elan

Türkiyədə doktorantura təhsili üçün TƏQAÜD PROQRAMI


2021/2022-ci tədris ili üçün Türkiyə ali təhsil müəssisələrində doktorantura təhsili
Tədris ili: 2021-ci ilin payız semestri
Son tarix: 31.01.2021/23:59
Hədəf: Türkiyə ali təhsil müəssisələrində akademik imkanlarının gücləndirilməsi məqsədilə AR vətəndaşlarının doktorantura təhsil səviyyəsinə qəbulu
Hədəf qrupu: Prioritet elm sahələri üzrə yüksək tədqiqat bacarıqlarına malik gənc tədqiqatçılar
Yaş meyarı: 35 yaşdan aşağı olmaq
Müddət: 4-5 il
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi aşağıdakı xərcləri əhatə edir:
- təhsil xərcləri;
- aylıq yaşayış xərcləri (1,600 TRY).
İlkin seçim meyarları:
- namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması;
- müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 75 baldan aşağı olmaması;
- akademik mühitdə çalışan şəxslərə üstünlüyün verilməsi;
- müraciət edən namizədlərin ixtisasları üzrə elmi tədqiqat işlərinin olması;
- Azərbaycanda dövlət hesabına doktorantura təhsilinin almaması və ya 50% oxumuş olmaması;
- namizədin mühakimə yeritmək, elmi tədqiqat işinin aparmaq bacarıqlarının olması;
- namizədin həqiqi hərbi xidmət keçməsi, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək çağırışa möhlətinin olması və ya çağırışdan azad edilməsi;
- Təhsil alacağı dil üzrə biliyinin yoxlanılması.





Xəbər lenti

Təqvim

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR