Manşet / Cəmiyyət

“Sumqayıt” FK Azərbaycan Kubokunda: STATİSTİKA


2011/2012 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt” Futbol Klubu Azərbaycan Kubokunda keçirilən 25 matça çıxıb. Komandamız keçirdiyi qarşılaşmalarda 9 qələbə, 4 heç-heçə və 12 məğlubiyyət əldə edib. Bu qarşılaşmalarda 29 dəfə rəqib torlarını silkələyən “Sumqayıt” FK 34 dəfə isə topu öz qapısında görüb.
“Sumqayıt” FK-nın heyətində Azərbaycan Kuboku qarşılaşmalarında ən çox fərqlənən futbolçu Amil Yunanov olub. Onun aktivində 6 qol var.
“Sumqayıt” FK-nın Azərbaycan Kubokunda keçirdiyi 25 matçdan 24-nün nəticəsi 90 dəqiqə tamamında müəyyənləşib. Geridə qalan 1 qarşılaşmanın qalibi isə penalti zərbələrindən sonra məlum olub. Belə ki, 2014/2015 mövsümünün 1/8 final mərhələsində “Bakı”ya qarşı keçirdiyimiz matçın sonunda penalti vuruşlarında komandamız 3:5 hesabı ilə məğlub olaraq, mübarizəni erkən dayandırıb.
Komandamız Azərbaycan Kubokunda ən uğurlu nəticəsini 2018/2019 mövsümündə baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında göstərib. Həmin mövsümdə “Sumqayıt” FK tarixində ilk dəfə Azərbaycan Kubokunun final mərhələsinə yüksəlib. Naxçıvanda baş tutan final qarşılaşmasında “Qəbələ”yə minimal hesabla məğlub olan komanda Azərbaycan Kubokunun gümüş medallarına yiyələnib.
Qeyd edək ki, “Sumqayıt” FK 2020/2021 mövsümündə Azərbaycan Kubokuna 1/4 final mərhələsindən qoşulacaq. Komandamız bu mərhələdə “Səbail”lə üz-üzə gələcək.





Xəbər lenti

Təqvim

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR