Manşet / Cəmiyyət

“YAŞAT” Fondu daha dörd qazimizi əməliyyat etdirdi


“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
Ciddi fiziki travma alan qazilərimiz Əmirəliyev Nicat Kərəməli oğlu, Qurbanov Əbülfət Tanrıverdı oğlu, Mirzəliyev Roman Aleksandr oğlu və Sultanlı Nicat Məmi oğlu “YAŞAT” Fondu tərəfindən zəruri tibbi müayinələrdən keçiriliblər və onlar uğurla əməliyyat olunublar.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Fond tərəfindən bu günədək 1624 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.





Xəbər lenti

Təqvim

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR