Cəmiyyət

Fevralın 5-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 12-16, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə olacaq.
Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi, axşam xəzri küləyi ilə əvəz olunacağı və atmosfer təzyiqinin tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 
Gecə 1-5, gündüz 12-17, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR