Maraqlı

Sumqayıtda Sovet dövrünün daha bir yadigarı


Keçmiş hər zaman maraqlı olur. Sovet dövründə avtomat su köşklərini yaşlı nəsil yaxşı xatırlayır.
Mineral, qazlı su təklif edən möcüzəli köşk 1932-ci ildə Leninqradda kəşf edilmişdi. O vaxtdan da sovetlərdə geniş yayılmağa başlayıb.
Yayın dözülməz istilərində bir stəkan su üçün möcüzəli köşkün qarşısında uzun növbəyə dayananları çox görmək olardı. Su insan müdaxiləsi olmadan avtomat vasitəsilə satılırdı. 1 və ya 3 qəpiyə qazlı, sirop və bir də adi su ala bilərdiniz.
Azərbaycanda da şəhərlərin əksəriyyətində bu köşklərə rast gəlmək olardı.
SSRİ dağılandan sonra bu köşklər də tarixə çevrildi.
Amma Sumqayıtda Sovet dövrünün yadigarı olan, insanlarda nostalji hislər oyadan avtomat su köşklərindən birinə rast gəlmək olar.
Su köşkü şəhərin 8-ci mikrorayon ərazisində 1972-ci ildə qoyulub. İnsanlar köşkə yaxınlaşaraq insan təması olmadan avtomata 1, yaxud 3 qəpik salaraq qazlı və ya rəngli şirə seçərək içə bilirdi. Hazırda yararsız vəziyyətdə olan avtomat su köşkü sovet dövrünün qalığına çevrilib.
Bu da bir tarixdir - "sovet yadigarı" olan avtomat su köşkləri... 
Ramil Zeynallı
Lent.az





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR