Cəmiyyət

Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.


Bu gün Azərbaycanın əksər rayonlarında həmçinin Bakıda və Abşeron yarımadasnsa hava yağıntılı olub, bəzi rayonlarda qarın hündürlüyü 42 santimetrə çatıb. Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq bəzi komunal təsərrüfat sahələrində problemlər yaranıb.
Sumqayıt şəhərində nəqliyyatda heç bir problem olmadığı bildirilib.
Nəqliyyat departamentinin rəisi Sultan Əsədov Xeberle.com-a bildirib ki, hazırda şəhərdaxili marşrutlarda heç bir problem yoxdur, nəqliyyat vasitələrinin sayında azaldılma olsa da, bütün xətlər üzrə avtobuslar hərəkətdədir.
Təhsil sahəsində də heç bir problem yaranmayıb. Sumqayıt şəhər Təhsil Şöbəsindən məlumat verilib ki, bütün təhsil ocaqları fəaliyyətini davam etdirir. Məktəbə gələ bilən şagirdlər və müəllimlər dərslərini əyani formada davam edirlər. Şəhər Kommunal Təsərrüfat idarəsi də yolların vaxtında təmizlənməsi və heç bir problem yaranmaması üçün bütün texnikalarını hazır vəziyyətə gətirib.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR