Elan
“STP Təcrübə Proqramı"na qəbul başlandı - QEYDİYYAT
Sumqayıt Texnologiyalar Parkı bir neçə ildir başlatdığı ənənənin davamı olaraq “STP Təcrübə Proqramı - 2021” adlı ödənişli təcrübə layihəsinə start verir. Layihənin başlıca məqsədi təhsilini yeni bitirmiş, iş təcrübəsi olmayan, lakin öyrənməyə meyilli gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olmaqdır. Təcrübə proqramı əsasən sənaye istehsalı və ofis-inzibati istiqamətdə 20-yə yaxın müxtəlif peşə və ixtisası əhatə edəcəkdir. Təklif olunan peşə və ixtisaslar üçün təcrübə tələb edilmir.
STP holdinqinə daxil olan Biznes Vahidlərində və Müştərək təşkilatlarında, həmçinin Baş ofisdə təcrübə qazanmaq imkanı yaradırıq. Təcrübəyə cəlb edilən STP-nin Biznes Vahidləri və Müştərək təşkilatları şirkətin önəmli istehsal sahələrini əhatə edən STP Global Cable, STP-AH və STP Aluminium, Polimer Məmulatları şirkətləridir.
Əgər siz aşağıdakı keyfiyyətlərə maliksinizsə, deməli axtardığımız ideal namizədsiniz:
- Müvafiq ixtisaslar üzrə orta ixtisas məktəbini, bakalavr və ya magistr təhsilini son 2 ildə başa vurmuş olmalı (kişi namizədlərdə hərbi xidməti keçmiş və ya təcrübə müddətində möhlət hüququ olanlar nəzərə alınacaqdır);
- Sənaye sektorunda karyera qurmaq motivasiyasına malik olmalı;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmalı;
- Yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli olmalı;
- Komandada işləmə bacarığına sahib olmalı;
- Azərbaycan dilini yüksək səviyyədə bilməli (müəyyən sahələr üzrə ingilis və rus dili bilikləri arzu olunandır);
- Fikrini dəqiq ifadə etməli və təqdimat bacarıqlarına malik olmalı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qurmağı bacarmalıdır (müəyyən sahələr üzrə).
Bu təcrübə proqramında nələri əldə edəcəksiniz?
- Regionun qeyri-neft sektorunda ən böyük istehsalçısı olan sənaye müəssisəsində 3-6 aylıq yerli və xarici peşəkar mütəxəssislərlə birgə təcrübə keçmək imkanı;
- Təcrübə proqramının yekununda xüsusi fərqlənən gənclərin Türkiyə Respublikasının aparıcı sənaye müəsisələrində təcrübə mübadiləsinə cəlbi;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
- Təcrübəçi müqaviləsi əsasında sənədləşmə və həftə sonları istirahət;
- 5 günlük iş həftəsi;
- Ödənişli əsaslarla (300 AZN xalis) təcrübə qazanmaq imkanı;
- Nəqliyyat xidməti və naharla təminat
Tələblərə cavab verən namizədlər aşağıdakı cədvəldə göstərilən peşə və ixtisaslar üzrə müraciət edə bilərlər:
1 İstehsalatın idarə edilməsi üzrə təcrübəçi
2 Texnoloji layihələndirmə üzrə təcrübəçi
3 İstehsalat hesabatları üzrə təcrübəçi
4 Metallurgiya (əlvan) üzrə təcrübəçi
5 Planlama üzrə təcrübəçi
6 Keyfiyyətə nəzarət üzrə təcrübəçi
7 SƏTƏM üzrə təcrübəçi
8 Avtomatika və Nəzarət Ölçü Cihazları (NÖC) üzrə təcrübəçi
9 Qəlibçilik üzrə təcrübəçi (Alüminium profillərinin istehsalı )
10 Elektrik montyorluğu üzrə təcrübəçi
11 Torna dəzgahı üzrə təcrübəçi
12 İnsan Resursları üzrə təcrübəçi
13 Hüquq üzrə təcrübəçi
14 İT üzrə təcrübəçi (Proqramlaşdırma üzrə)
15 İT üzrə təcrübəçi (Texniki dəstək üzrə)
16 Maliyyə və hesabatlılıq üzrə təcrübəçi
17 Marketinq üzrə təcrübəçi
18 Dizayn işləri üzrə təcrübəçi
19 Satınalma üzrə təcrübəçi
20 Satışa dəstək üzrə təcrübəçi
Müraciət qaydası:
Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 1 Aprel 2021-ci il tarixinədək mövzu hissəsində Təcrübə keçmək istədiyiniz peşə və ya ixtisasın adını yazmaqla intern@stp.az ünvanına göndərə bilərsiniz.
Müraciətçilərdən yalnız qeyd edilən şərtlərə cavab verən şəxslərlə əlaqə yaradılacaq.
Təcrübə proqramında elan edilmiş peşə və ixtisaslarla bağlı ətraflı məlumatları STP Təcrübə proqramının rəsmi səhifəsindən əldə edə bilərsiniz.
Bu bölmədə bənzər xəbərlər
- "Sumqayıt Texnologiyalar Parkı”ndan ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI
- Tələbələr üçün təcrübə proqramı
- SDU tələbələri STP-də təcrübə keçiblər
- "Bakcell" şirkətindən tələbə və məzunlar üçün Təcrübə Proqramı
- STP-dən oğurluq edildi
- STP ilk dəfə Misir və Qazaxıstana alüminium məhsul ixrac edib
- "İRadio"dan Təcrübə Proqramı
- Yerli və əcnəbi tələbələr üçün təcrübə proqramı
- İnnovasiya Təcrübə Proqramı
- Sumqayıtda ödəniş terminalları istehsal edilir
Çox oxunan xəbərlər
- "Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
- Səlcuk Bayraktar Azərbaycanda paxlava payladı
- YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- Martın 26-da gözlənilən hava
- Hərbi Qənimətlər Parkının açılışı düşmənə verilən növbəti dərsdir
- Ramazan ayı gəldi - TƏQVİM
- Əsgərimiz yanaraq vəfat edib
- Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
- Deputat: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb
- Sumqayıtda 40 yaşdan yuxarı təhsil işçiləri peyvənd olunur
Xəbər lenti
- 11:16
Azərbaycan Kuboku: Yarımfinal mərhələsi start götürür
- 11:12
ATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı dayandırıldı
- 08:29
Hərbi Qənimətlər Parkının açılışı düşmənə verilən növbəti dərsdir
- 08:26
Prezident Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya çatdırdı
- 17:26
YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- 17:20
İmsakda çörəkdən uzaq durun
- 17:13
Sumqayıtda ƏMƏLİYYAT - 18 kq narkotik ələ keçirildi
- 17:01
"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib
- 16:55
17 Aprelin hava proqnozu
- 15:00
Sumqayıtlı qazi əlillik təyinatından narazıdır
- 13:00
“Sumqayıt” “Qəbələ”yə qarşı
- 12:31
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
- 09:59
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verir
- 09:43
Qazimiz vəfat edib
- 17:27
“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib
- 17:18
23 obyektdə epidemiya əleyhinə rejim pozulub - SİYAHI
- 17:10
16 Aprelin hava proqnozu
- 11:20
Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?
- 10:48
Qubadlıda tarixi məscidi sökənlər cəzalandırılacaq - VİDEO
- 16:09
15 Aprelin hava proqnozu
- 16:02
S-125 ZRK ilə şərti hədəflər məhv edildi - VİDEO
- 15:44
Orucla bağlı ən çox soruşulan 27 SUAL
- 15:08
Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması
- 15:01
Tuk zavodda top mərmisi tapılıb
- 11:24
“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib
- 09:37
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender ELAN EDİR
- 09:29
Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir
- 09:26
Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub
- 16:29
"Elin Səsi"ndən ibrətamiz film: Seçim qarşısında
- 16:15
Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...
- 15:44
Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib
- 15:35
Sumqayıtda bu mağazalarda epidemiya əleyhinə rejim pozulub
- 15:17
Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub
- 15:06
Prezident: “Biz İrəvana qayıdacağıq”
- 14:58
Sabah yağış gözlənilir
- 14:50
"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib
- 16:22
Şəhid İlkinin ehsan bulağı istifadəyə verilib
- 15:48
Sumqayıtda şəhid Ramiz Cəfərovun abidəsi ucaldılıb
- 13:12
Ramazan ayı gəldi - TƏQVİM
- 10:39
Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır