Manşet / Cəmiyyət

Sumqayıtlı idman mütəxəssisləri təltif ediliblər


"5 Mart Bədən Tərbiyəsi və İdman günü" münasibətilə növbəti təltifetmə olub.
"Report"un məlumatına görə, ümumilikdə 22 nəfər təltif edilib. Təltif edilənlər siyahısında Sumqayıt şəhərində fəaliyyət göstərən idman mütəxəssisləri də yer alıb.
Sumqayıt Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov idmanın inkişafında göstərdiyi xidmətlərə görə fəxri diplomla təltif edilib.
“Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təlimatçısı Əliağa Əhmədov, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktor müavini Abdulla Məmmədov və “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Teymur Qafarov isə “5 mart bədən tərbiyəsi və idman günü” münasibətilə idmanın inkişafında göstərdiyi xidmətlərə görə fəxri diplomlarla təltif edilib.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR