Hadisə

Tikinti şirkətindən oğurluq edən şəxs saxlanıldı


Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb.
"Report"un məlumatına görə, ötən ilin avqust ayının 20-də naməlum şəraitdə tikinti şirkətlərinin birinə məxsus dəmir torların oğurlanması barədə Xızı RPŞ-yə məlumat daxil olub.
Hadisənin Sumqayıt şəhər sakini Ceyhun Sadıqov tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxs saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan şəxsin oğurluq yolu ilə əldə etdiyi dəmir torların bir qisminin yeri müəyyən edilib və şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
C.Sadıqov dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib. Onun barəsində Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR