İqtisadiyyat

Sumqayıtda bu çay evində uyğunsuzluq aşkarlandı


Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 8 mart 2021-ci il tarixində ölkə üzrə 310 ictimai iaşə obyektində  559 monitorinq keçirilib. Monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, X. Xoyski küçəsi, ev.113m ünvanında yerləşən, fiziki şəxs Paşayev Nəcmin Mirzə oğluna məxsus çay evi;
2. Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, ev.1M ünvanında yerləşən, fiziki şəxs Yusubov Cavid Rüstəm oğluna məxsus çayxana;
3. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 68 ünvanında yerləşən, hüquqi şəxs “Kobra” MMC-yə məxsus “Qəbələ Xanlar” restoranı;
4. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 110 ünvanında yerləşən, hüquqi şəxs “Time Out“ MMC-yə məxsus “Məhlə“ çay evi;
5. Bakı şəhəri, Xəzər rayonu, Heydər Eyvazov, ev 361 ünvanında yerləşən, fiziki şəxs Tərmanov Abdulla Yura oğluna məxsus kafe;
6. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8A ünvanında yerləşən, fiziki şəxs Hidayətov Ramil Yurik oğluna məxsus kafe;
7. Bakı şəhəri, Xətai rayonu, H. Tağızadə, ev 11\15 ünvanında yerləşən, fiziki şəxs Kamran Abbasov Rafiq oğluna məxsus “Beer City” kafesi;
8. Bakı şəhəri, Binəqədi rayonu, N. Nərimanov, ev 15 ünvanında yerləşən, fiziki şəxs Həsənov İbrahim Tofiq oğluna məxsus “Xan Garden“ restoranı;
9. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev 45A ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Oruc Rasim oğluna məxsus “Bearl pub”;
10. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən, fiziki şəxs Hacıyev Temur Bahadur oğluna məxsus çay evi;
11. Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ünvanında yerləşən, fiziki şəxs Lalə Kərimova Sahib qızına məxsus "Perla di Caspio" restoranı;
12. Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanov Abbas Mirzə oğluna məxsus "Şahin" çay evi;
13. Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi, 934-cü məhəllədə yerləşən, fiziki şəxs Rəsulov Anar Elman oğluna məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran;
14. Tərtər rayonu, Şıxarx qəsəbəsində yerləşən, fiziki şəxs Nəbiyev Duman Eldəniz oğluna məxsus kafe;
15. Gəncə şəhəri, Adil İsgəndərov 95 ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Vaqif Fərrux oğluna məxsus “Kafe De Paris” restoranı;
16. Zaqatala rayonu, Vidadi küçəsində yerləşən, fiziki şəxs Ramin Ağakişiyev Məmməd oğluna məxsus kafe;
17. Tovuz rayonu, Köhnəqala kəndində yerləşən, fiziki şəxs Zeynallı Elnur Məhərrəm oğluna məxsus kafe;
18. Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən, fiziki şəxs Mustafayev Elnur Bayram oğluna məxsus kafe;
19. Ağstafa rayonu, Poylu kəndində yerləşən, fiziki şəxs Quliyev Rüstəm Qurban oğluna məxsus kafe;
20. Tərtər rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Bayramov Seymur İlham oğluna məxsus kafe;
21. İsmayıllı rayonu, Bizlan kəndində yerləşən, fiziki şəxs Mamedov Ələddin Nəzər oğluna məxsus yeməkxana;
22. Göyçay rayonu, Potu kəndində yerləşən, fiziki şəxs Şamil Novruzov Çingiz oğluna məxsus restoran;
23. Göyçay rayonu, Potu kəndində yerləşən, fiziki şəxs Eminov İntiqam Şiralı oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR