Manşet / Cəmiyyət

"Sumqayıt" FK səfərdə "Sabah"la heç-heçə edib


Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Sabah"la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada hər iki komanda 1 xalla kifayətlənməli olub (1:1).
"Sumqayıt" FK Premyer Liqanın 20-ci turunda "Keşlə"ni qəbul edəcək. Martın 13-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 19:15-də veriləcək.
"Sumqayıt" FK-nın baş məşqçisi Ayxan Abbasov: "Bizi çətin səfər oyunu gözləyirdi. Bilirdik ki, “Sabah” son pillədən qurtulmaq istəyir. Necə deyərlər "yaralı aslan" kimidir. Komandanı matça hazırlamağa çalışmışdıq. Heyətimizdə itkilər də var idi. Ümumilikdə birinci hissədən narazı qaldım. Amma ikinci hissədəki mübarizəyə görə futbolçularıma təşəkkür elədim. İstədiyimizi görə bildik. Təəssüf ki, həm vaxt az idi, həm də yorulmuşduq. Qarşıda bizi çətin görüşlər gözləyir, mövsümün sonluğu gərgin keçəcək. Bu mübarizə yəqin ki, son turlara qədər davam edəcək. Bizim üçün çətindir, əksəriyyəti gənc oyunçulardır. İki cəzalı futbolçumuz oldu. Önəmli oyunçular var ki, onlar zədələnəndə yerlərini doldurmaq çətin olur. Amma yenə də futbolçularımla əl-ələ verib sona qədər mübarizə aparacağıq”.






Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR