Siyasət

YAP-ın VII qurultayının keçirilməsi yeni reallıqlardan yaranan zərurətdir


Martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı çox mühüm ictimai-siyasi hadisədir. YAP-ın VI qurultayından üç il ötür. Ötən 3 il ərzində keçirilən rezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar yeni bir mərhələyə qədəm qoyub. Yaranmış yeni vəziyyət isə YAP-ın fəaliyyətinin tənzimlənməsinin çevik mexanizminin yaradılması məsələsini daha da aktuallaşdırdı. Ötən 29 il ərzində YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan bu illər ərzində bütün sahələr üzrə əhəmiyyətli dərəcədə uğurlar əldə etmişdir. Bu gün biz fəxrlə deyirik ki, Müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Və əlbəttə ki, bunun çox ciddi əsası var. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, dözümsüzlüyünü, etnik təmizləmələri, terror aktlarının törədildiyini, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehribançılıq şəraitində yaşayırlar. Və əlbəttə ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Biz buna təkcə məsub olduğumuz mədəni keyfiyyətlərlə, qonaqpərvərliyimizlə, gözəl təbiətimizlə deyil, həm də ölkə başçısının yürütdüyü düşünülmüş siyasət nəticəsində bu stabilliyə nail olmuşuq.
Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, Ümummili Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan müstəqil dövləti olaraq daha da güclənib, dünya miqsyasında söz sahibi olan dövlətə çevrilib. Azərbaycanın uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaradıb. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq Qələbə qazanılıb. Müstəqilliyimizn 30 illiyi ərəfəsində cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində biz öz suveren haqqlarımızı müdafiə etdik. Uzun illərdən sonra ilk dəfə ərazi bütövlüyünü təmin edən ölkə kimi, təkcə Azərbaycanda deyil, bölgədə erməni faşizmini məhv edən qalib ölkə kimi, xalq kimi qazandığımız bu Şanlı Qələbə ilə müstəqillik gününü qeyd edəcəyik. Prezident İlham Əliyev qurultayda çıxışı zamanı bir daha müzəffər ordumuzun qələbəsindən danışarkən qeyd etdi ki, “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır”. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirilib. Azərbaycan genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır.
Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə xoşagəlməz hallara qarşı mübarizədə də qarşıya açıq-aydın hədəflər qoyuldu. Ölkə başçısı tərəfindən başlanan sosial- iqtisadi və siyasi islahatlar vətəndaşlar-məmumr münasibətlərində şəffaflığın və aşkarlığın yaranması, sosial xidmətlər sahəsində yaradılan yeni müxanizmlər hər bir vətəndaş tərəfindən rəğbətlə qarşılanır. Cənab Prezidentin sözləri ilə desək: Azərbaycanda iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür.
İctimai-siyasi iqlim sağlamlaşdırılır. Hazırda ölkədə yeni siyasi konfiqurasiya, siyasi mədəniyyət və dialoq mühiti formalaşmışdır. Bütün partiyalar, özünü siyasi qurum adlandıran antimilli şura istisna olmaqla, bütün siyasi qüvvələr dialoqa meyl göstərib, təşəbbüsü alqışlayıb və artıq bu dialoq baş tutub. Vətən müharibəsi zamanı siyasi partiyalar ərazi bütövlüyümüzün bərpası üçün mübarizədə həmrəylik nümayiş etdirdilər. 51 partiya vahid mövqe ilə Ali Baş Komandanı birmənalı dəstəklədi və onun atdığı addımları müdafiə eetdi, habelə bu partiyalar tərəfindən beynəlxalq təşkilatlara Azərbaycanın haqq səsini əks etdirən birgə müraciətlər ünvanlanladılar. Əlbəttə ki, bütün bunlar aparılan islahatların bariz nümunəsidir.
Ölkədə demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin daha da güclənməsi üçün yeni dövrdə siyasi dialoq daha da dərinləşdirilməlidir. Qurultay zamanı 6 siyasi partiya YAP-a birləşməsi isə təşkilatın daha bir uğurudur. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Çünki bu partiyaların da məqsədi torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin daha da inkişaf etməsi, sözün əsl mənasında müstəqil olmasıdır. Bu ideyaların üst-üstə düşməsi və YAP tərəfindən reallaşdırılması, bu partiyaya inamın artmasının sübutudur. Həmin partiyaların üzvlərinin sayı mühüm deyil, mühüm olan odur ki, cəmiyyətə YAP-ın qapılarının konstruktiv qüvvələrə açıq olması, milli həmrəylik mesajlarının verilməsidir. Siyasi partiyaların YAP-a qoşulmaq istəyi hakim partiyanın “iqtidar-xalq” modelinin reallaşdığının, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlamasının bariz nümunəsidir.
Qeyd etmək lazımdır ki, YAP hər zaman öz sıralarında qadınların fəaliyyətinə xüsusi önəm verir və onların yüksək vəzifələrə seçilməsinə müsbət münasibət göstərir. Demək olar ki, gender bərabərliyi təmin olunur. Belə ki, partiya sədrinin birinci müavini Respublikanın Birinci vitse-prezidenti, H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, yeni yaradılmış Veteranlar Şurasının sədrinin müavini isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın seçilməsi, eləcə də İdarə Heytəində və Təftiş Komissiyasında da bir sıra xanımların yer alması təqdirəlayiq haldır. Bu istiqamətdə də Yeni Azərbaycan Partiyası nümunədir.
Hazırda Vətən Müharibəsindən sonra yeni dövr başlayır. Ölkənin gələcəyini elə qurmalı və planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişafımız təmin edilsin, müstəqilliyimiz əbədi olsun, ölkəmizin qüdrəti, onun təsir imkanları daha da artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın. Bu işdə həm YAP, həm də bütün cəmiyyət fəal olmalı və öz töhfəsini verməlidir.
Hicran Hüseynova
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, 41 saylı Sumqayıt seçki dairəsindən Milli Məclisin deputatı, Siyasi elmlər doktoru, professor





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR