Cəmiyyət

"Sumqayıt" FK-nın 7 futbolçusu milliyə dəvət alıb


"Sumqayıt" Futbol Klubunun milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dövrü üçün hazırlıq planı bəlli olub. Belə ki, Ayxan Abbasovun komandası martın 17-də "Kapital Bank Arena"da bir araya gələrək məşqlərə start verəcək.
"Sumqayıt" FK hazırlıq dönəmində 21 və 28 mart tarixlərində iki yoxlama oyunu keçirəcək. Artıq rəqiblərdən birinin kimliyi müəyyənləşib. Belə ki, Ayxan Abbasovun yetirmələri martın 28-də "Sabah"la üz-üzə gələcək.
Qeyd edək ki, "Sumqayıt" FK-nın 7 futbolçusu - Mehdi Cənnətov, Elvin Bədəlov, Tellur Mütəllimov, Vüqar Mustafayev, Rəhim Sadıxov, Xəyal Nəcəfov və Əli Qurbani martın 24-də və 30-da DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya, 27-də isə qrupumuzda müsabiqədənkənar iştirak edən Qətər milli komandası ilə oyunlara hazırlıq məqsədilə martın 15-dən başlayacaq təlim-məşq toplanışında iştirak etmək üçün Azərbaycan milli komandasına dəvət alıb.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR