Cəmiyyət

Bu dükanlarda yararsız məhsullar aşkarlandı

Bu dükanlarda yararsız məhsullar aşkarlandı


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsullarının satışdan çıxarılması məqsədilə növbəti monitorinq keçirib.

Monitorinq zamanı Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən ərzaq mağazalarında da belə hallar aşkarlanıb.

Belə ki, Abşeron rayonunun
- Masazır qəsəbəsində, Ə.Vahid küçəsində Əskinaz Abbasovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan;
- Xırdalan şəhərində Südabə Əhmədovaya məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Həmçinin, Sumqayıt şəhərinin
- Corat qəsəbəsində Səkinə Mahmudovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR