Faydalı

Sağlam həyat tərzi üçün NƏSİHƏT


NƏSİHƏT
Ayaq isti olsun, baş isə sərin,
Var - dövlət haqqında düşünmə dərin.
Meyvə - tərəvəzlə ünsiyət bağla,
Bol su iç, dostluq et təbii yağla:
Bir gün qoz yeyəndə, bir gün fındıq ye,
Püstəyə, badama  “xoş gəlmisən” de.
Meyvə-tərəvəzin qabığın soyma,
Yağlı xörəkləri yaxına qoyma.
Vidalaş biryolluq ətlə, çörəklə,
Şəkəri əvəzlə quru cərəklə.
Yarpaqdan, çiçəkdən dəmlə çayını,
Kəsmə uşaqların sən bal payını.
Hər şeyi ayrı ye - aləmi qatma,
Gecə doyunca yat, gündüzlər yatma.
Çox yeyən az yaşar,  az yeyənsə - çox,
Azar-bezar bilməz gözü-könlü tox.
Az otur, çox yeri, faydalı iş gör,
Xeyirxah əməldən əlvan çələng hör.
Həzin musiqi də əskik olmasın,
Yerinə hay-küylü zibil dolmasın.
Ağac ək, torpaqla ünsiyyət bağla,
Daim təmasda ol vüqarlı dağla.
Mənən zənginləri dost seç özünə,
Inanma varlının yağlı sözünə.
Gözəl qabağında boynunu burma,
Mənəvi kasıbla ittifaq qurma.
Başına doldurma hər cür biliyi -
Yoxsa zibillənər beyin iliyi.
Evində dəb salma hər cürə dəbi,
Kamil adamlardan öyrən ədəbi.
Üz-üzə durarsa hər kəs nadanla,
Dal-dala qalacaq müdrik adamla.
Qanuntək qəbul et ulu kəlamı:
Acmamış dilinə vurma təamı,
Süfrədən doymamış çəkil qırağa,
Narın yeriş ilə çıx get irağa,
Gözünü zilləmə müdam qazana,
Şükr elə ürəkdən tale yazana.
Ərşad Əzimzadə
Yazıçı-jurnalist, "Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri, təbib
02.10.2016





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR