Hadisə

Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.
"Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, martın 24-də Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən 3-cü məhəllənin ərazisində yerləşən idman trenajor zalının qadağan olunmasına baxmayaraq fəaliyyət göstərdiyi müəyyən edilib.
Polis əməkdaşları baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər.
İdman zalının sahibi, şəhər sakini R.Rəcəbov və zalda olan 17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR