Cəmiyyət

Sumqayıtda liftlər yeni sistem əsasında idarə ediləcək


Sumqayıt şəhərində son üç ay ərzində 63 lift yenilənib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, cari ilin ilk üç ayı ərzində şəhərdə istismar müddətini başa vurmuş 63 lift müasiri ilə əvəzlənib, daha 14 liftin isə yaxın günlərdə dəyişdiriləcəyi gözlənilir:
“Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə şəhər üzrə ümumilikdə son illərdə 500-ə yaxın lift müasir, yeni elektron tipli liftlərlə əvəz olunub.
Sumqayıt şəhərində lift təsərrüfatının yenidən qurulması ilə əlaqədar ötən altı il ərzində mühüm tədbirlər həyata keçirilib”.
Qeyd edək ki, Sumqayıt şəhərində “Lift-Servis” Birliyi Dövlət Mənzil Fonduna aid çoxmərtəbəli binalarda 594 liftə texniki xidmət göstərir. Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi fəaliyyət göstərir.
Yeni yaradılan intellektual idarəetmə sistemi vasitəsilə liftlərin dayanması, dayanma səbəbləri, idarəetmə stansiyasında olan ötürücülərin vəziyyəti, gərginlik kəsilən anda fasiləsiz enerji mənbəyinin qoşulması, kabinədən birbaşa danışıq əlaqə sisteminin vəziyyəti, sakinlər tərəfindən liftlərin istismarı qaydalarının pozulması haqqında məlumatlar quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə onlayn rejimdə mərkəzləşdirilmiş İntellektual İdarəetmə Mərkəzinə ötürülür.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR