Cəmiyyət

“Veysəloğlu”nun 300 kq toyuq qiyməsi yararsız çıxdı


Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin məlumatına görə, həyata keçirilən növbəti nəzarət tədbirləri zamanı “Veysəloğlu” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 300 kq dondurulmuş toyuq qiyməsi və “Fruit-A” MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən 495 kq darçın məhsullarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində dondurulmuş toyuq qiyməsi məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib. Darçın məhsulu partiyasından götürülən nümunələrin də istehlak üçün yararsız olduğu aşkarlanıb.
Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR