Cəmiyyət

Sumqayıtda bu günədək 9 müəllim koronavirusdan vəfat edib


Sumqayıtda bu günə qədər koronavirusdan ölən müəllimlərin sayı açıqlanıb. 
Sumqayıt Şəhər Təhsil Şöbəsinin böyük məsləhətçisi Reyhanə Rüstəmova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu günə qədər Sumqayıt şəhərində fəaliyyət göstərən tam orta məktəblərdə koronavirusa yoluxan müəllimlərdən doqquz nəfər vəfat edib:
“Bütün təhsil müəssisələrində olduğu kimi, Sumqayıtda da müəllimlər arasında yoluxmalar olub. Təəssüf olsun ki, doqquz nəfər aparılan müalicələrə rəğmən vəfat edib. Bu günə qədər şəhərdə cəmi iki - 14 və 28 saylı tam orta məktəblər distant təhsilə keçirilib”.
Qeyd edək ki, bu günədəkr Sumqayıtda 276 müəllimdə koronavirus aşkarlanıb.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR