Redaktorun Seçimi / Elan

Dünya səviyyəli yarışa dəvətlisiniz

Dünya səviyyəli yarışa dəvətlisiniz


Bakı 2015 Ulduz Elçiləri Rafael və Coşqun Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən fevralın 8-də Milli Gimnastika Arenasında “Avropa TOP-16” kuboku uğrunda keçiriləcək yarışda iştirak edəcəklər. Onlar bu tədbiri sosial şəbəkələrdə dostları və azarkeşləri arasında təbliğ edəcəklər.

Bu yarış, Avropa sıralamasına görə təkbətək idman yarışlarında 16 ən yaxşı kişi və qadın idmançılarının iştirakı ilə keçirilən və Avropa təqvimində öz əksini tapmış ən mühüm yarışlardan biridir. Onlara Azərbaycanlı kişi və qadın idmançılar da qoşulacaq və ilk üç yeri tutanlar ITTF-in 2015-ci ildə keçiriləcək dünya kuboku yarışları üçün seçiləcəklər.

15:00–22:00 saatları arasında keçiriləcək yarımfinal, final və medalların təltif olunma mərasimlərində tamaşaçı kimi iştirak edə bilərsiniz. Giriş üçün bilet tələb olunmur, beləliklə sadəcə olaraq həmin günü tədbirə qatılın və idman obyektində keçirilən dünya səviyyəli idman yarışını izləyin. Rafael və Coşqunla selfie çəkdirə bilərsiniz.

Hamınızı orada gözləyəcəyik.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR