İqtisadiyyat

“Al Market”in ədviyyatlarında kif göbələyi tapıldı


Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Al Market” MMC tərəfindən Türkiyə Respublikasından ölkəmizə idxal edilən zirə və qara istiot məhsullarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
İdxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 420 kq zirə və 180 kq qara istiot məhsullarında kif göbələyi aşkar edilib.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR