Cəmiyyət

“Təmiz Sumqayıt” layihəsi çərçivəsində növbəti təlim


“Təmiz Sumqayıt” layihəsi çərçivəsində ASAN Könüllüləri üçün Münhen Ətraf Mühitin Sağlamlaşdırılması Alman Elmi-Tədqiqat Mərkəzinin laboratoriya müdiri Dr. Gülçin Abbaszadə tərəfindən “Davamlı inkişaf və Ekologiya" mövzusunda onlayn təlim baş tutub.
“Təmiz Sumqayıt” layihəsinin məqsədi əhalini məişət tullantılarını çeşidləməyə, toplanıb təkrar emala göndərilməsinə cəlb etməkdir. Plastik qablaşdırma tullantılarının səmərəli idarə olunması sisteminin praktik olaraq  həyata keçirilməsini və gələcəkdə bütün ölkə ərazisində tətbiqini nəzərdə tutan layihə çərçivəsində Sumqayıt şəhərində müvafiq konteynerlər yerləşdiriləcək, əhali arasında məişət tullantılarının çeşidlənməsini təbliğ edən maarifləndirmə tədbirləri təşkil ediləcək.
Layihədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ASAN könüllüləri və  bir sıra özəl şirkətlər iştirak edir.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR