Cəmiyyət

6 aprel üçün HAVA XƏBƏRDARLIĞI


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə olacaq.
Abşeron yarımadasında qısa müddətə güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-11, gündüz  20-25, dağlarda gecə 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-3 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.
Xəbərdarlıq
Aprelin 6-sı günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Aprelin 6-da Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR