Manşet / Cəmiyyət

Sumqayıtda qazilər ziyarət olunub


Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının əməkdaşları və partiyanın bir qrup könüllüsü sumqayıtlı Vətən müharibəsi qazilərini ziyarət ediblər.
Təşkilatdan AZƏRTAC–a verilən məlumata görə, ziyarət zamanı bildirilib ki, 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazandı. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Vətən uğrunda sağlamlıqlarını itirmiş qazilərimiz dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunur, onların sosial problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər görülür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Vətən müharibəsi iştirakçılarına, qazilərə diqqət və qayğısı hər bir Azərbaycan vətəndaşı üçün nümunədir.
Qazilər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR