Manşet / Cəmiyyət

Sumqayıtda karantin rejiminə nəzarət davam edir


Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Şəhər Polis İdarəsinin təşkilatçılığı ilə müxtəlif sahələri təmsil edən könüllü gənclər tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir. Təşkil edilən mobil qruplar vasitəsilə şəhərin mərkəzi küçə və prospektində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.
Reydlər zamanı mağazalara maskasız daxil olan alıcılar və buna biganə qalan obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər. Tədbir zamanı mobil qruplar tərəfindən sakinlərin diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməyin vacibliyi çatdırılıb, fərdi profilaktik söhbətlər aparılıb, pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR