Siyasət
Tarixi qələbə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırdı
Türkdilli Dövlətlərin Əməklaşlıq Şurasının Zirvə toplantısının keçirilməsi, olduqca əhəmiyyətli tarixi. siyasi və geosiyasi hadisədir. 2009-cu il oktyabr ayında Naxçıvanda “Naxçıvan sazişinin” imzalanması ilə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beynəlxalq proseslərdə aktiv iştirakını davam etdirir.
2019-cu il 15 oktyabrda VII zirvə görüşündə təşkilata sədrlik Azərbaycana keçdikdən sonra qurumun fəaliyyətində nəzərə çarpan aktivlik müşahidə olunur. Azərbaycanın xüsusi önəm verdiyi təşkilatlar sırasında özünəməxsus yeri olan bu təşkilatın martın 31-də baş tutmuş qeyri formal zirvə görüşü üzv ölkələr arasında rəsmi əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhvə vermiş olacaq. Zirvə görüşündəki çıxışında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Vətən müharibəsi mövzusuna xüsusi yer ayırıb. Prezident çıxışı zamanı Vətən müharibəsini qaçılmaz edən səbəblər barədə ətraflı danışdı və qazanılmış tarixi qələbəmizin bütün türk dünyası üçün böyük əhəmiyyət kəsb etməsini vurğuladı.
Ölkə başçısı bildirdi ki, Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdi: “Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi”.
Prezident İlham Əliyev çıxışında Beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini daim dəstəklədiyini ancaq bu dəstəyin praktiki həyatda o qədər də əhəmiyyəti olmadığını xüsusi vurğuladı. Bəli BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsinin bugünə qədər icra edilməməsi buna bariz nümunədir. 1993-cü ildə qəbul edilən və icrasız qalan bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Dəfələrlə Azərbaycana qarşı dəhşətli soyqırımlar törətmiş, etnik təmizləmə siyasəti aparan və doğma torpaqlarımızın 20 faizdən çox hissəsi işğal altında saxlayan Ermənistan tərəfi ilə uzun illər aparılan sülh danışıqları heç bir nəticə vermirdi.
Görüşdə ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətinə toxunan ölkə başçısı bildirdi ki, Minsk qrupu 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır: “Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi”.
Son vaxtlar Ermənistan tərəfi Azərbaycana bir qarış belə torpaq qaytarmayacağını hətta yeni torpaqlar uğrunda müharibəyə hazırladıqlarını bəyan etmişdilər. Bu Azərbaycana qarşı təxribat xarakteri daşıyırdı.
Prezident İlham Əliyev qeyd etdi ki, digər təxribat xarakterli addımlardan biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də, təxribat xarakterli addım idi.
Prezidentin çıxışda qeyd etdiyi kimi Azərbaycan tərəfi heç bir təxribata uymadı: “Əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi”.
Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Münaqişə öz hərbi siyası həllini tapdı. 2020-ci il Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış bəyanata əsasən Azərbaycan tarixi torpaqlarını düşməndən geri aldı.
Tarixi qələbə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha artırdı eyni zamanda münaqişənin həlli bütün regionun inkişafı üçün yeni imkanlar yaratdı. Bu imkanlardan ən önəmlisi olan tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yeni nəqliyyat-kommunikasiya xətlərinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvanı ölkəmizin əsas hissəsi və Türkiyə ilə birləşdirəcək yəni dəhlizdən istifadə Türkdilli dövlətlərin əməkdaşlıq şurasına üzv ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da artırılmasına gətirib çıxaracaq.
Ölkə başçısı görüş zamanı bəyan etdi ki, Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Türkdilli ölkələrin qeyri-formal zirvə görüşündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin çıxışı bir daha göstərdi ki ölkənin apardığı siyasət regionda sülh və sabitliyə hesablanıb.
Biz əminik ki, Azərbaycan Ali baş komandanın rəhbərliyi , Müzəffər ordumuzun gücü və xalqımızın birliyi sayəsində daim öz ərazi bütövlüyünü qoruyub saxlayacaq, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərimiz bərpa olunacaq və insanlar öz doğma yurdlarına qayıdaraq ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.
Fəridə Qafarova, YAP Sumqayıt Gənclər birliyinin sədri

Bu bölmədə bənzər xəbərlər
- Prezident İlham Əliyevin təşəbbüsü dünya dövlətləri tərəfindən dəstəklənir – ŞƏRH
- Emin Hacıyev: “Sumqayıtda daha bir müəssisənin açılışı qeyri-neft sektorunun inkişafı ilə bağlı növbəti addımdır”
- Azərbaycan-Türkiyə əlaqələri etalon modelə çevrilib
- Heydər Əliyev yolunun zirvəsi: 44 günlük savaşın qalib komandanı
- İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb
- YAP-ın VII qurultayının keçirilməsi yeni reallıqlardan yaranan zərurətdir
- Güclü dövlət, güclü lider və onun tarix yazan qəhrəman gəncliyi!
- Ramiz Hüseynov: YAP yeni inkişaf mərhələsinə qədəm qoyur
- Xırdalan təmsilçisi bədii gimnastika yarışında ilk yeri tutub
- Azərbaycanda 1291 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır
Çox oxunan xəbərlər
- "Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
- Səlcuk Bayraktar Azərbaycanda paxlava payladı
- YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- Martın 26-da gözlənilən hava
- Hərbi Qənimətlər Parkının açılışı düşmənə verilən növbəti dərsdir
- Ramazan ayı gəldi - TƏQVİM
- Əsgərimiz yanaraq vəfat edib
- Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
- Deputat: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb
- Sumqayıtda 40 yaşdan yuxarı təhsil işçiləri peyvənd olunur
Xəbər lenti
- 11:16
Azərbaycan Kuboku: Yarımfinal mərhələsi start götürür
- 11:12
ATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı dayandırıldı
- 08:29
Hərbi Qənimətlər Parkının açılışı düşmənə verilən növbəti dərsdir
- 08:26
Prezident Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya çatdırdı
- 17:26
YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- 17:20
İmsakda çörəkdən uzaq durun
- 17:13
Sumqayıtda ƏMƏLİYYAT - 18 kq narkotik ələ keçirildi
- 17:01
"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib
- 16:55
17 Aprelin hava proqnozu
- 15:00
Sumqayıtlı qazi əlillik təyinatından narazıdır
- 13:00
“Sumqayıt” “Qəbələ”yə qarşı
- 12:31
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
- 09:59
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verir
- 09:43
Qazimiz vəfat edib
- 17:27
“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib
- 17:18
23 obyektdə epidemiya əleyhinə rejim pozulub - SİYAHI
- 17:10
16 Aprelin hava proqnozu
- 11:20
Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?
- 10:48
Qubadlıda tarixi məscidi sökənlər cəzalandırılacaq - VİDEO
- 16:09
15 Aprelin hava proqnozu
- 16:02
S-125 ZRK ilə şərti hədəflər məhv edildi - VİDEO
- 15:44
Orucla bağlı ən çox soruşulan 27 SUAL
- 15:08
Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması
- 15:01
Tuk zavodda top mərmisi tapılıb
- 11:24
“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib
- 09:37
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender ELAN EDİR
- 09:29
Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir
- 09:26
Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub
- 16:29
"Elin Səsi"ndən ibrətamiz film: Seçim qarşısında
- 16:15
Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...
- 15:44
Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib
- 15:35
Sumqayıtda bu mağazalarda epidemiya əleyhinə rejim pozulub
- 15:17
Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub
- 15:06
Prezident: “Biz İrəvana qayıdacağıq”
- 14:58
Sabah yağış gözlənilir
- 14:50
"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib
- 16:22
Şəhid İlkinin ehsan bulağı istifadəyə verilib
- 15:48
Sumqayıtda şəhid Ramiz Cəfərovun abidəsi ucaldılıb
- 13:12
Ramazan ayı gəldi - TƏQVİM
- 10:39
Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır