Manşet / İqtisadiyyat

“Sumqayıt” istismara qaytarıldı


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Sumqayıt” yedək-təchizat gəmisi əsaslı təmir olunub.
Qurumdan verilən məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində gəminin mexanizmləri, boru sistemləri, elektrik mühərrikləri və idarəetmə sistemləri təmir edilib. Heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar tamamilə yenilənib.
Gəmi tərsanəyə qaldırılaraq avar val, sükan qurğusu, dib-yan armaturları, protektor qurğularının təmiri aparılıb. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.
Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra gəminin dəniz sınağı həyata keçirilib. Sınaq uğurla tamamlanıb, “Sumqayıt” istismara qaytarılıb.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR