Cəmiyyət

"Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı


Azərbaycanlı məşqçi futboldan uzaqlaşdırılıb.
"Yenisumqayit.az" xəbər verir ki, AFFA-nın İntizam Komitəsinin bu gün keçirilmiş növbədənkənar iclasında aşağıdakı qərar qəbul olunub:
AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, komissiyanın və ekspertlərin rəyi nəzərə alınmaqla danışılmış oyunlarda iştirakı təsdiq edildiyi üçün peşəkar futbolçu və məşqçi kimi fəaliyyət göstərmiş Yasin Abbasova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunsun.
Danışılmış oyunlarla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxsin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.
Qeyd edək ki, Yasin Abbasov “Turan” (Tovuz), “Sumqayıt” və AZAL kimi klublarda oynayıb.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR