Hadisə

Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi açıldı


Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aprelin 9-da şəhər ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Həmin şəxslərdən 3-cü barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər 3 nəfər barəsində isə istintaq araşdrımaları davam etdirilir.
Nazirlik vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qaydalara ciddi riayət etmələrini xahiş edirik. Qeyd edilib ki, özünütəcrid qaydalarını pozan bu virusun daşıyıcıları barəsində polis oirqanları tərəfindən bundan sonra da ciddi tədbirlər görüləcək.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR