Manşet / Cəmiyyət

Sumqayıtda onlayn bilik yarışı keçirilib


Sumqayıt şəhər Təhsil Şöbəsi, Gənclər və İdman Baş İdarəsi, eləcə də Sumqayıt İntellekt Mərkəzinin birgə təşkilatçılığı 32 orta ümumi təhsil məktəbi arasında onlayn “Zəfər Kuboku” bilik yarışı keçirilib.
Üç mərhələ və doqquz yarışdan ibarət bilik yarışının keçirilməsində məqsəd 44 günlük Zəfər müharibəsinin əbədiləşdirilməsi, gənclərin intellektual səviyyəsini və dünyagörüşünün artırılması eyni zamanda asudə vaxtın səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.
İlk mərhələdə yarış 4 zona üzrə keçirilib və zona mərhələsinin qalibləri seçilib. Yarışın final mərhələsində mübarizə aparan məktəblər arasında Texniki və Təbiət Elmləri liseyi birinci, 2 nömrəli tam orta məktəb ikinci, 30 və 35 nömrəli tam orta məktəblər isə 3-cü yerləri tutublar.
Qalib komandalar fəxri fərman, medal, kubok və hədiyyələr ilə təltif olunublar.






Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR