Cəmiyyət

Tahir Mirkişili şəhid zabitimizin ailəsini ziyarət edib


42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Milli Məclisin deputatı Tahir Mirkişili Stansiya Sumqayıt qəsəbəsində yaşayan şəhid İlkin Məmmədzadənin ailəsini ziyarət edib. Tahir Mirkişili bu barədə sosial şəbəkə hesabında məlumat verib:
"Bü gün Vətən müharibəsində şəhid olmuş qəhrəman zabit və əsgərimizin ailəsində olduq. Dövlətimiz, bayrağımız, Ali Baş Komandanımız ilə qürur duyan şəhid ata və anaları... Biz də onlarla bir daha qürur duyduq!"
Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində döyüşlərdə iştirak edib. 21 nəfərə yaxın yaralı hərbiçini döyüş meydanından çıxardıb. Oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR