Manşet / İqtisadiyyat

Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır


Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, bununla əlaqədar olaraq "VAZ dairəsi"ndən Ceyranbatan qəsəbəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.
AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR