Cəmiyyət

"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib


"Sumqayıt" Futbol Klubu ölkənin ən böyük riteyl şəbəkələrindən olan "Kontakt Home" ilə əməkdaşlıq müqaviləsini daha bir il müddətinə uzadıb.
Müqaviləyə uyğun olaraq, şəbəkə yaxın bir ildə "Sumqayıt" FK-nı elektronika məhsulları ilə təmin edəcək. Müvafiq olaraq, "Kontakt Home" komandamızın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”da özünün reklam materiallarını yerləşdirəcək. Eyni zamanda iki qurum əməkdaşlıq müddətində birlikdə ortaq ictimai aksiyalar da həyata keçirəcək.
2018-ci ildən etibarən "Sumqayıt" FK-nın partnyorları sırasında yer alan "Kontakt Home" 2006-cı ildən etibarən Azərbaycanın elektronika bazarında fəaliyyət göstərir. Şəbəkə 30-dan çox dünya brendinin ölkəmizdəki rəsmi distribütorudur.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR