Hadisə

Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Məhərrəmov Ramil Məhərrəm oğluna qohumu Sumqayıt şəhər sakini Həmzəyeva Xanım Şakir qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada balıqların içərisində xüsusi üsulla gizlədilmiş 11 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 1,336 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 0,320 qram olan narkotik maddə - metadon və ümumi çəkisi 2,250 qram olan psixotrop maddə - preqabalin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR