Manşet / Cəmiyyət

Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib


Ümumi təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiya prosesi davam edir.
Təhsil Nazirliyinin məlumatına görə, vaksinasiya olunmuş məktəb heyətinin ümumi sayı 70027 nəfər (31,48 faiz) təşkil edir. Ümumi sayın 3561 nəfəri (60,50 faiz) Sumqayıtın, 2090 nəfəri Abşeronun (36,40 faiz) payına düşür.
Ölkə üzrə 50 yaşdan yuxarı vaksin olumuş məktəb heyətinin ümumi sayı isə 48285 nəfərdir (55 faiz).
Sumqayıt üzrə 50 yaşdan yuxarı vaksin olunmuş heyətin sayı 1807 nəfər (70 faiz), Abşeron rayonu üzrə 910 nəfər təşkil edir.
Təhsil Nazirliyi təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini verməyə çağırır. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR