Cəmiyyət

Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...


“Çox ağıllı uşaq idi, onda Vətən sevgisi çox güclü idi. Bir gün dedi, mən o vaxt rahat olaram ki, torpaqlarımız azad olsun. Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm”.
Bu fikirləri İkinci Qarabağ savaşında Füzuli istiqamətində gedən döyüşlərdə snayper gülləsindən şəhid olan Asiman Allahverdiyevin qohumu Xuraman Abbasova onun barəsində xatirələrini “Report”a bölüşərkən deyib.
Asiman Allahverdiyev 1998-ci il avqustun 23-də Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Sumqayıt şəhər fars-ingilis dilləri təmayüllü tam orta internat məktəbinin 1-ci sinfinə daxil olub. 9 ildən sonra təhsilini peşə liseyində “kompüter operatoru” ixtisasında davam etdirib. Kəşfiyyatçı kimi fəaliyyət göstərən A.Allahverdiyev Cəbrayıl və Füzuli döyüşlərində iştirak edib.
“Report”un süjetində şəhidin anası Sevinc Abbasova və əkiz qardaşı Cavidan Allahverdiyevin xatirələri də yer alıb:





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR