Siyasət

Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir


44 günlük Böyük Qarabağ müharibəsində ölkəmiz Ermənistanı diz çökdürərək, tarixi zəfərə nail olduğundan, postmüharibə vəziyyətində mövcud problemlərin kompleks və sistemli yanaşma yolu ilə dərindən öyrənilməsi, mahiyyətlərinin açıqlanması mühüm əhəmiyyət kəsb edir. Dövlətin bu sahədə atdığı addımlar, hazırladığı strategiya və konsepsiyalarının əsas məzmunu və istiqamətləri konseptual olaraq formalaşmış və tətbiq fazasına keçmişdir. Azərbaycan müasir dövrdə Qarabağın işğaldan azad olunması ilə əlaqədar özünün daha bir tarixi və şərəfli dövlətçilik funksiyasını yerinə yetirilməlidir. Bu işğaldan azad olunmuş ərazilərin bərpası və dirçəldilməsidir.
Ölkəmizə Ermənistanım hərbi təcavüzündən qalan nəticələrin əhatəsini və həcmini daha obyektiv qiymətləndirmək üçün bir sıra faktlara diqqət yönəltmək istərdik. Hərbi təcavüz nəticəsində 900 yaşayış məntəqələrimiz, 150 min evlər, 7 min ictimai binalar, 693 məktəb 695 tibb müəssisəsi, 855 uşaq baxçası, 6 min sənaye və kənd təsərrüfatı müəssisələri yerlə yeksan edilmişdir. 2670 km avtomobil yolları, 160 körpü, 2,3 min km su xəttləri, 2 min km qaz kommunkiasiyaları, 15 min km elektrik xəttləri dağıdılmışdır.
İşğaldan azad edilmiş ərazilərdə bu qədər infrastrukturun bərpası, yenidən tikilməsi, kənd, qəsəbə və şəhərlərin dirçəldilməsi prioritetləri hazırda ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Amma, bu işlərin sistemli, düşünlmüş və elmi-iqtisadi əsaslara söykənmiş mexanizmlər üzərində həyata keçirilməsi vacib şərtlərdəndir. Bu istiqamətdə hələ müharibə qurtarmamış milli dövlət konsepsiyası formalaşmışdır. Dövlət başçısının – Ali Baş Komandanın və xalqımızın milli ruhda bir dəmir yumruq kimi birləşməsi milli iqtisadi prioritetlərə və Qarabağın dirçəldilməsi ilə bağlı hədəflərə də öz təsirini güclü şəkildə göstərmişdir. Ölkə Prezidentinin 29 oktyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanı ilə ölkəmizin inzibati ərazi bölgüsünə müvafiq olaraq işğaldan azad olunmuş hər bir rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmışdır. Bundan əlavə, ölkə Prezidentinin 24 noyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında ”Sərəncamında bu ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və təxirəsalınmaz məsələlərin həlli, eyni zamanda bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsi üçün ölkənin yüksək dövlət vəzifəli şəxslərinin və nazirlərin daxil olduğu Əlaqələndirmə Qərargahı yaradılmışdır.
Bunlarla yanaşı, ölkə Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” yaradılmışdır. Belə bir yüksək statuslu institusional qurumun fəaliyyəti Qarabağın dirçəldilməsi prioritetləri ilə bağlı problemlərin daha dərindən öyrənilməsi, həll edilməsi, dirçəliş hədəflərinin həyata keçirilməsi baxımından  daha geniş imkanlar açır. Fondda toplanan vəsaitlər hesabına Qarabağda infrastrukturun yaradılması və məcburi köçkünlərimizin daimi yaşayış yerlərinə qayıtması istiqamətində böyük həcmdə işlərin görülməsi hədəflənmişdir. Bu Fondun fəaliyyəti ilə bağlı bir qrup konseptual və strateji məqamlara diqqət yönəltmək istərdik:
-Fondun təşkili və fəaliyyətə başlaması dövlətlə cəmiyyət arasında vəhdətin gücləndirilməsində, milli birliyin daha sıx olmasında, Qarabağda sosial-iqtisadi inkişafın təmin olunmasında yeni potensial formalaşdırır və perspektivlər açır;
-Fondun səmərəli fəaliyyəti “dövlət-özəl sektor” əməkdaşlığının yeni mərhələyə keçməsində önəmli rol oynayacaqdır və reabilitasiya-dirçəliş proseslərinin maliyyə təminatını daha dayanıqlı edəcəkdir;
-Bu kimi geniş səlahiyyətlərə və funksiyalara malik institusional qurumun fəaliyyətinə yüksək səviyyədə önəmin verilməsi, Azərbaycan dövlətinin Qarabağ regionunun işğaldan azad olunmuş ərazilərinin bərpasına strateji yanaşmasının əyani və praktiki təzahürüdür
Şəfa Əliyev
Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR