Hadisə

Tuk zavodda top mərmisi tapılıb


13 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Tuk zavod ərazisində partlayış təhlükəli əşyanın aşkar olunması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrupu cəlb olunub.
Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 122 millimetrlik top mərmisi aşkar edilib.
Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan  sonra  aşkar edilmiş mərmi götürülərək, müvafiq qaydada zərərsizləşdirilib. Əraziyə təkrar baxış zamanı digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR