Cəmiyyət

“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib


Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşı, Təfəkkür liseyinin müəllim və rəhbərliyi, eləcə də şagirdlərin birgə iştirakı ilə “Qədim Azərbaycan torpağı-Qubadlı” adlı onlayn tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsi dövründə möhtəşəm Zəfərin qazanılmasında böyük şücaət göstərmiş şəhid, qazi olmuş əsgər və zabitlərimizin gənc nəsilə dərindən tanıdılması, şagirdlərdə vətənpərvərlik hissinin artırılması və işğaldan azad edilmiş torpaqlarımızın coğrafi mövqeyi haqda ətraflı məlumat verməkdir.
Şagirdlər qədim Azərbaycan torpağı olan Qubadlının tarixi, orada yerləşən çoxillik tarixə malik olan abidələr haqda təqdimatlar hazırlayıblar. Onlar XIV əsrə aid olan Dəmirçilər türbəsi, Cavanşir türbəsi, V əsrə aid “Qalalı” qalası, XVII və XIX yüzillikdə əsası qoyulmuş Gürcülü türbəsi və Laləzar körpüsü, XIX əsrə aid məscidlər, bulaqlar, qədim yaşayış yerləri və sığanacaqlar haqda geniş məlumat veriblər.
Məktəblilər ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid və qazilərimizin  həyat yolunu geniş şəkildə işıqlandırıb, onlar haqda şeirlər söyləyiblər. Belə ki, Milli Qəhrəman Əliyar Əliyev, Şükür Həmidov, Vətən müharibəsi qəhrəmanı Faiq Qasımov, Vüsal Allahverdiyev, eləcə də digər şəhid və qazillərimizin döyüşlərdə göstərdiyi şücaət, əzmkarlıq tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Müəllim və məktəb rəhbərliyi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin apardığı Vətən müharibəsi dövründə Müzəffər Ordumuzun düşmən üzərində qazandığı parlaq qələbənin gələcək nəslin vətənpərvərlik tərbiyəsində vacib rol oynadığını qeyd edib.
Sonda tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini yad ediblər.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR