Cəmiyyət

“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib


Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Nizami İrsində İncəSənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib. Tədbirin keçirilməsində məqsəd dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığının, mədəni irsinin gənclər arasında təbliği, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq fəaliyyətlərinin dəstəklənməsidir.
Cari ilin 1 aprel tarixində elan olunan müsabiqəyə 30-a yaxın əl işi təqdim edilib və münsiflər heyətinin qərarı ilə onlardan 15-i müsabiqə çərçivəsində təşkil olunacaq sərgidə nümayişə uyğun bilinib.
15 aprel 2021-ci il tarixində “Nizami” Kinoteatrının qarşısında açıq səma altında, gənc skirpka ifaçıları və qirətçilərin müşayiəti ilə keçirilən sərgidə yeniyetmə və gənclər Nizami Gəncəvi yaradıcılığına aid rəsm əsərlərini nümayiş etdirmiş, Baş İdarənin əməkdaşları və qonaqlar sərgiyə baxış keçirərək müəlliflərin fikirlərilə tanış olublar.
Sərgi-müsabiqədə qalib olan iştirakçılara Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim edilib.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR