İqtisadiyyat

"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib


İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, şirkətə rəhbərlik Elşad Nuriyevə həvalə olunub.
O, 2002-2004-cü illərdə ABŞ-da İndiana ştatının Bluminqton şəhərində yerləşən İndiana Universitetində publik maliyyə administratorluğu üzrə magistr dərəcəsinə yiyələnib, BP şirkətində, ADA Universitetində, “Synergy Group” MMC-də, "PAŞA Holdinq" MMC-nin törəmə strukturu “PMD Group” MMC-yə yaxın olan “Agrarco” MMC-də çalışıb.
Xatırladaq ki, "Sumqayıt Kimya Sənaye Parkı" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. Şirkət ölkədəki sənaye parklarının idarəedicisidir.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR