Cəmiyyət

YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib


YAP Sumqayıt şəhər təşkilatı “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə qayğı” aksiyası çərçivəsində şəhid ailələrini və Vətən müharibəsinin iştirakçılarını, qazilərini daima xüsusi diqqət mərkəzində saxlayır.
YAP Sumqayıt şəhər təşkilatının sədri, aparatın əməkdaşları və partiyanın bir qrup könüllüləri sumqayıtlı Vətən müharibəsi qazilərini ziyarət ediblər.
YAP Sumqayıt şəhər təşkilatının sədri, İdarə heyyətinin üzvü Ramiz Hüseynov Vətən torpaqlarının işğaldan azad olunması uğrunda böyük şücaət və fədakarlıqla döyüşərək Azərbaycan xalqının Şanlı Qələbəsinin əldə olunmasında töhfələri olan qazilərimizə təşəkkür edib, onlara Allahdan şəfalar diləyib. Qazilərimizin səhhəti və gündəlik qayğıları ilə maraqlanan təşkilat üzvləri Vətən müharibəsinin bütün iştirakçılarının, şəhid ailələrinin, qazilərimizin daima diqqət mərkəzində saxlanılması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər və görülən işlər haqqında məlumat veriblər.
Ön cəbhədə ağır döyüşlərdə iştirak edən qəhrəman qazilərimiz keçdikləri döyüş yolundan, igid Azərbaycan əsgərinin döyüş meydanındakı şücaətindən, mərdliyindən və düşməni məhv edərək qazanılan parlaq qələbədən böyük fəxarətlə danışıblar. Onlar ölkə başçısı, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyev və Ordumuzla qürur duyduqlarını bir daha vurğulayıblar. Qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR