Cəmiyyət

Azərbaycan Kuboku: Yarımfinal mərhələsi start götürür


Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal oyunlarına start veriləcək.
"Report"un məlumatına görə, günün ilk matçı saat 18:30-da "ASK Arena"da "Keşlə" və "Zirə" komandaları arasında olacaq. Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 18:30-da başlayacaq. Klublar indiyədək kubokda üz-üzə gəlməyiblər.
Yarımfinalın digər oyununda isə saat 20:30-da "Qarabağ" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşacaq. Kollektivlərin bunadək ölkə kubokunda yolları 4 dəfə kəsişib. Bunların üçündə Ağdam klubu, birində "gənclik şəhəri" təmsilçisi mərhələ adlayıb. Ümumilikdə 7 oyunun altısı qonaqların, biri isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Topların fərqi də "köhlən atlar"ın xeyrinədir - 22:6. Sumqayıtlılar öz meydanındakı hər üç oyunda qol vurub. "Qarabağ" isə evdəki 4 matçın hamısında qalib gəlib.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR