Siyasət

Aysberqin görünməyən tərəfi və mövcud reallıq

Hazırda informasiya kommunikasiya texnologiyalarının sürətli inkişaf dövrü, ağıllı maşınların gündəmi zəbt etməsi kimi səciyyələnən 21-ci əsrin ikinci onilliyi eyni zamanda bir koronavirus kabusu ilə də tarixə düşməkdədir ki, bu kabus da iqtisadi-siyasi sferalarda dərin böhran yaşadır. Bu böhran ilk öncə qapanmış sərhədlərin fonunda dövlətlərarası münasibətlərin səmimiliyinin şübhə altına alınması, geosiyasi maraqların toqquşması, milli münaqişələrin təşəkkül tapması şəklində həyatımıza nüfuz edir.
Çox təəssüf ki, belə bir münaqişə zonalarından biri olan Cənubi Qafqazda da gərgin münasibət səngimək bilmir, siyasi mübarizə masa üzərindəki diplomatik üsuldan adlayaraq silah-sursat, raket partlayışları müstəvisinə yön alır, təəssüfdoğuracaq şəklə düşür. Bizim 28 il öncəki dövrə rakurs edərək nəzərə çatdırılacaq problemimizin kökü çox dərindədir:
1992-93-cü illərdə Azərbaycan Ermənistanın silahlı müdaxiləsinə məruz qalaraq torpaqlarının 20 faizini itirdi, 1 milyondan artıq insan öz torpağında didərgin düşdü. Əhalisinin bir hissəsi etnik ermənilərdən ibarət olan Azərbaycanın Dağlıq Qarabağ regionunu Ermənistana birləşdirmək adlı antikonstitusion akta imza atan Ermənistan tərəfi faktiki olaraq Azərbaycana qarşı müharibəyə başladı, həm Dağlıq Qarabağı, həm də 7 ətraf rayonu işğal elədi. BMT Təhlükəsizlik Şurasının, Avropa İttifaqının bir çox qətnamələrinə, ATƏT-in səylərinə baxmayaraq 27 il müddətində Ermənistan bu torpaqları özündə saxladı, hətta Azərbaycanın digər torpaqlarına da göz qoyaraq ara-sıra yeni-yeni təxribatlara əl atdı. 2020-ci ilin sentyabrında növbəti belə təxribata əl atılanda, hətta münaqişə zonasından aralıda yerləşən şəhər və kəndlərin dinc əhalisi bombalananda 27 il münaqişənin sülh yolu ilə həll ediləcəyinə inanaraq silaha əl atmayan Azərbaycan tərəfinin səbri kəsildi, rəşadətli Azərbaycan Ordusu əks-hücum həmləsi ilə cəmi 44 gün ərzində ərazilərinin böyük əksəriyyətini yadelli tapdağından azad etdi.
Azərbaycanın işğaldan azad edilən ərazilərini görmək sadəcə insana göz dağıdır. Müharibənin davam etdiyi 28 il ərzində Ermənistanın cinayətləri mülki əhalinin hədəf alınması və etnik təmizləmə ilə yanaşı, maddi-mədəniyyət abidələrinin böyük bir hissəsinin dağıdılması, bir hissəsinin isə erməniləşdirilməsi ilə müşayiət olunub. İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, qəbiristanlıqlar, məscidlər dağıdılıb. Ümumiyyətlə, 113 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli,  330 yerli əhəmiyyətli tarix, mədəniyyət və arxeoliji abidələr,  40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana , 4 teatr və 2 konsert salonu, 31 məscid və digər mənəvi sərvətlərimiz erməni vandalizminin qurbanı olub. Bənzəri olmayan Ağdam Çörək muzeyi yerlə-yeksan edilib, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınaraq talanıb. Bu, vəhşilikdir, vandallıqdır, bu hərbi cinayətdir. Sadəcə Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan bölgələrə səfər edərkən acınacaqlı mənzərə qarşısında necə donub qaldığını, təəssüf içində, sonsuz kədərlə nələr söylədiyini görmək lazımdır: “Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir ki, erməni vəhşiliyi nə deməkdir. Təkcə Füzuli yox, Cəbrayıl, Qubadlı, Ağdam şəhərləri nə gündədir, başqa şəhərlər nə gündədirlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib”.
Xüsusən müqəddəs yerləri – məscid və ziyarətgahları murdarlamaları, dağıtmaları Ermənistan tərəfinin misilsiz barbarlığından xəbər verir.
İşğal olunmuş ərazilərdə əsrlər boyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən “Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası”nın və 1954, 1999-cu il Protokollarının açıq şəkildə pozulmasıdır.
Tarixi abidələrə qarşı törədilən vandallıqlar deməyə əsas verir ki, Ermənistan işğal faktının davam etdiyi bütün bu illər ərzində özünü tarix və mədəniyyət düşməni kimi aparmaqda davam edib. Şübhəsiz, söhbət yalnız Azərbaycan tarixinə, azərbaycanlılara qarşı yönəlmiş vandalizmdən getmir. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət ilk öncə dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.
11 noyabr kapitulyasiyasına görə Ermənistan Azərbaycanın müharibə yolu ilə azad etməyə macal tapmadığı ərazilərini dəqiq qrafik üzrə boşaltmalı idi. Bu yolla boşaldılan rayonlardan biri də ermənilərin 1993-cü il işğalından sonra məskunlaşdıqları Kəlbəcər rayonu idi. Erməni əhali köçüb gedərkən nəinki yaşamış olduqları evləri, yardımçı binaları, inzibati binaları, eləcə də meşələri od vuraraq yandırır, çox nadir fauna və floraya ciddi zərbə vurur, su hövzələrini murdarlayırsı. Bu vəhşiliyin müqabilində söz tapıb demək belə olmur.
Təbii ki, ölkəmizin 44 günlük müharibə nəticəsində torpaqlarının bir hissəsini geri qaytarması ədalətin zəfəri kimi tarixə yazılıb, Azərbaycan öz haqq işində qələbə qazanıb, bununla belə, beynəlxalq qüvvələrin ölkəmizə təzyiqinin yeni şəkil alması da gözləniləndir. İş ondadır ki, beynəlxalq güc mərkəzləri Ermənistan millətçiliyinin, erməni militarizminin region üçün necə böyük təhlükə olmasını ya görmürlər, ya da görmək istəmirlər.  Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində dövrün bu ən aktual məsələsinə yanaşması, əlbəttə ki, diqqətçəkəndir. Prezident söyləyir:
Biz bu haribədə kcə öz ərazi vlüzü rpa etməmişik, də erməni faşizmini hv etmişik. Bu, bizim tarixi missiyamızdır – təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın”.
Bu günün öz direktivləri var, milli maraqların təmin olunması bütün məsələlərdə mütləq prioritetdir. İşğalçı ölkənin öz cəzasını alması labüdlüyü isə həm tarixi ədalətin bırqərar olması, həm də şər qüvvələrinin növbəti cinayətlər törətməməsinə sığortadır.
Ölkə başçısı bəyan etdi ki, bu işlərlə paralel olaraq, vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib: “Bildiyiniz kimi, bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar”.
Azərbaycan prezidentinin aşağıdakı fikirləri isə dövlət strategiyasınının növbəti addımlarını ortaya qoyur:
“Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.
Əlbəttə, Azərbaycan regionda sülh və inkişaf tərəfdarıdır, yetər ki, bu ali məqsədlərin humanizmindən əks qüvvələr sui-istifadə etməsinlər.
Prezident İlham Əliyevin söylədiyi kimi, ölkəmiz bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Azərbaycan heç bir zaman öz prinsipial mövqeyindən dönmədi, bundan sonra da dönməyəcəkdir.
Varis Yolçiyev, yazıçı-jurnalist.
Avrasiya Materiki Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Azərbaycanın Əməkdar Jurnalisti





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR