Siyasət

Müşfiq Məmmədli: Özlərinə yeni tarix yaratmaq istəyirlər


"Artıq uzun illərdir ki, dünyanın bəzi siyasi gücləri qondarma "soyqırımı" iddiası üzərindən Türkiyəyə və dolayısı ilə Azərbaycana təzyiq göstərməyə çalışırlar. Zaman-zaman bu qondarma iddianı dilə və gündəmə gətirərək tarixi təhrfi etmək istəyənlər anlamaq istəmirlər ki, bu yolverilməzdir. 1915-ci ildə ermənilərə qarşı heç bir soyqırımı törədilməyib. Digər tərəfdən, bu, tarixçilər tərəfindən araşdırılmalıdır ki, Türkiyə hər zaman buna hazır və açıq olduğunu bildirir. Siyasətçilərin bu cür qondarma iddiaları dilə gətirməsi qəbuledilməzdir".
Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, tarixin saxtalaşdırılması və ondan siyasi təzyiq məqsədilə istifadə edilməsi yolverilməzdir. Millət vəkili qeyd edib ki, bu cür qondarma ittihamları dilə gətirən siyasi dairələr nədənsə 30 il ərzində Azərbaycan torpaqlarını  işğal altında saxlayan, yüz minlərlə azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salan, etnik təmizləməyə məruz qoyan, qətlə yetirən, işgəncə verən, tarixi abidələrimizi belə saxtalaşdırmağa cəhd göstərən Ermənistana qarşı fərqli standart nümayiş etdirib. Bu bir daha onu göstərir ki, irəli sürülən bu saxta iddia əsasızdır və siyasi təzyiq xarakteri daşıyır: "2020-ci ildə baş vermiş Vətən müharibəsi ermənilərin faşist xislətini bir daha bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Azərbaycanın tarixi abidələrini saxtalaşdıraraq öz adlarına çıxmağa cəhd göstərən ermənilər artıq bunu özlərinə peşə seçiblər. Onlar məhz saxtakarlıqlar və yalanlar üzərindən özlərinə yeni tarix yaratmaq istəyirlər. Amma buna nail ola bilməyəcəklər".
Yeniazerbaycan.com





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR