Elan

"SOCAR Polymer"dən Yay Təcrübə Proqramı


“SOCAR Polymer” 2021-ci ilin Yay Təcrübəsi proqramında iştirak etmək üçün ərizə qəbulunu elan edir. Gənclər “SOCAR Polymer” şirkətinin Sumqayıt şəhərində yerləşən PP və YSPE zavodlarının istehsalat sahələrində və ya ofis məkanlarında təcrübə keçəcəklər.
SOCAR Polimer şirkətində keçirilən təcrübə şirkət haqqında sadəcə daha dolğun təsəvvür almaq üçün bir vəsilə deyil. Bu, həm də bacarıq və təcrübə əldə etmək, və özünü şirkətin həyata keçirdiyi mühüm işlərdən birinə həsr etmək üçün cəlbedici və dəyərli bir imkandır. SOCAR Polymer şirkəti isə, öz növbəsində, yeni və bacarıqlı mütəxəssislərə dəstək olaraq, onlara gələcəkdə daha böyük fürsətlər əldə etmək üçün geniş imkanlar yaradacaq.
Proqramın davam etdiyi 8 həftə ərzində təcrübəçilər ixtisaslı bir kollektivinin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər. Həmin səkkiz həftə ərzində təcrübəçilər şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, təcrübə və araşdırma yolu ilə yeni bilik və bacarıqlara yiyələnəcək və icraatda olan layihələrə öz töhfələrini verəcəklər.
Təcrübə dövrünə tam həcmli tanışlıq kursu ilə başlayacaq təcrübəçilər daha sonra real layihə üzərində işləyən kollektivə qoşulacaqlar. Təcrübə proqramının əksər hissəsi iş yerlərində həyata keçiriləcək, lakin, bununla yanaşı, digərləri ilə ünsiyyət qurma bacarıqlarına həsr edilən çoxsaylı təlimlər də təşkil olunacaq. Texniki ixtisaslar üzrə təcrübə keçən şəxslərin istehsalat obyektlərinə ziyarətləri daxil olmaqla təcrübə dövrü ərzində həm müxtəlif təlim kursları təşkil olunacaq, həm də mütəxəssislərlə görüşmək və onların peşəkar rəyləri ilə tanış olmaq üçün də çoxlu imkanlar yaradılacaq.
Misilsiz təcrübə və sərfəli saathesabı əmək haqqı ilə bərabər bu proqram təcrübəçilər üçün aşağıdakı imkanları yaradacaq:
Şirkət haqqında daha müəyyən təsəvvür əldə etmək imkanı. Burada, şirkətin mahiyyəti, onun rolu və personalı haqqında təsəvvür nəzərdə tutulur. Yəni, təcrübəçilər özlərini şirkətin potensial məzun-mütəxəssisi kimi hiss edib-etmədiklərini müəyyən edirlər.
Şirkətin işində iştirak etmək imkanı. Təcrübəçilər real layihələr çərçivəsində aparılan işlərdə iştirak etməyə şövq edilərək sınaqdan keçiriləcəklər. Bu, təcrübə əldə etmək və həmin işlərin onlara uyğun gəlib-gəlmədiyini müəyyən etmək üçün ən yaxşı üsuldur.
Təkcə təcrübə deyil, daha çox şey əldə etmək imkanı. İstehsalat təcrübəsi və yay təcrübəsi proqramları çərçivəsində həm maaş, həm də ödənişli məzuniyyət təklif edilir.
Peşəkar inkişafda irəliləyiş etmək imkanı. Bacarıqlarının ən yaxşı formada büruzə vermələrinə kömək etmək məqsədilə təcrübəçilərə kifayət qədər dəstək veriləcək və təlim kursları təşkil olunacaq. Kurslarda yüksək müvəffəqiyyət dərəcələri qazanan təcrübəçilərə gənc mütəxəssis qismində iş təklif oluna bilər.
Bu proqramı mühəndis-texniki, informasiya texnologiyaları, maddi-texniki təminat, daxili audit, SƏTƏM, kadr resursları, planlaşdırma və hüquqşünaslıq ixtisasları üzrə təhsil alan gənclər üçün nəzərdə tutulmuşdur. Təhsil göstəriciləri yüksək olan, ingilis dilində yaxşı oxuma-yazma bacarıqlarına malik olan və bakalavr təhsili 4 illik olan təhsil müəssisəsinin 3-cü və 4-cü, bakalavr təhsili 5 illik olan təhsil müəssisəsinin isə 4-cü və 5-ci ilində təhsil alan tələbələr müsabiqədə iştirak etməyə dəvət olunurlar.
Namizədlər öz karyera gözləntilərinə ən uyğun olan (bir və ya bir neçə) təcrübə sahəsi üzrə proqrama qatılmaq üçün ərizə verə bilərlər.
Yay Təcrübəsi proqramına qatılmaq üçün www.socarpolymer.az  saytının “Karyera > İstehsalat Praktikası Proqramı” bölməsində yerləşdirilmiş ərizə forması doldurularaq 17 may 2021-ci il tarixinə qədər təqdim olunmalıdır.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR