Cəmiyyət

Qəhrəmanlarımızı tanıyaq - Qəzənfər Mütəllimov


Qəzənfər Ədalət oğlu Mütəllimov 27 yanvar 1992-ci ildə Sumqayıt şəhərində anadan olub.
Xüsusi Təyinatlı Qüvvələrin giziri olan Şəhidimiz 2016-cı il aprel döyüşlərinin də iştirakçısı olub.
Aprel döyüşlərində itkin düşüb və ailəsinə şəhid olduğu xəbəri bildirilsə də, 3 gün sonra mühasirədən çıxıb.
27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda Qəzənfər dərhal ailəsi ilə halallaşıb və cəbhəyə yollanıb.
Qəzənfər Mütəllimov Füzuli-Cəbrayıl istiqamətində döyüşüb.
Döyüşlərdə Xüsusi Təyinatlımız göstərdiyi igidliyə görə dəfələrlə düşmənin əsas hədəfinə çevrilib. Hətta bir dəfə onun hərəkət etdiyi maşın partladılıb. Hər kəs onun orada şəhid olduğunu zənn etsə də o, çeviklik göstərərək partlayışdan öncə maşından atlamağı bacarıb.
Bu şücaətinə görə döyüş yoldaşları ona "Pələng" ləqəbi veriblər.
Oktyabrın 5-i isə Qəzənfər son döyüşünə çıxıb. 8 nəfərlik dəstəsi ilə erməni tərəfinə kəşfiyyata yollanıb. Ancaq kəşfiyyatçılarımız irəlidə onları gözləyən pusqudan xəbərsiz olub. Qeyri-bərabər qüvvələr arasında üz-üzə atışma başlayıb. Kəşfiyyatçılarımız düşmənin bir neçə canlı qüvvəsini məhv etsə də say çoxluğu düşmənin xeyrinə olduğu üçün Qəzənfər və daha 8 hərbi qulluqçumuz elə oradaca Şəhidlik zirvəsinə ucalıb.
Qəzənfər Mütəllimov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Ailəli idi, iki qız övladı yadigar qaldı...





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR