Cəmiyyət

Qəhrəmanlarımızı tanıyaq - Elnur Allahverdizadə

Elnur Əli oğlu Allahverdizadə 15 may 1995-ci il tarixində Sumqayıt şəhərində anadan olub. Əslən Zəngilan rayonundandır. 2016-cı ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirib. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən geri döndükdən sonra səs rejissoru kimi fəaliyyət göstərib. “Barama” və "Atılmışlar” serialları, "Son iclas” sənədli filmi, bir çox reklam çarxlarının səs rejissoru olub. "Picmus production”un əməkdaşı olub.
Ötən il sentyabrın 29-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt İdarəsindən Vətən müharibəsinə yollanıb. İxtisasca topçu olan Elnur Ağdam istiqamətində gedən döyüşlərdə Ağcabədinin Qiyaməddinli kəndində 7 noyabr 2020-ci ildə qəlpə yarası alaraq şəhid olub.
8 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Şəhadətindən sonra "Vətən Uğrunda" medalı ilə təltif olunub.
Chinarinfo.az





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR