Cəmiyyət

Külək və yağış gəlir


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Bakıda və yarımadada gecə 10-13, gündüz 17-19 dərəcə isti olacaq.
Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR