Cəmiyyət

Sumqayıtda aşan ağacların yerinə yeniləri əkildi


Sumqayıt şəhəri, Nərimanov küçəsi 3-cü məhəllə ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, sözügedən ünvanda bir neçə il bundan öncə dörd qovaq ağacı güclü külək nəticəsində aşıb və Sumqayıt şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq ərazidən yığışdırılıb.
Regional Ekologiya İdarəsinin əməkdaşlarının nəzarəti altında Birliyin işçiləri tərəfindən sözügedən ərazidə aşmış ağacların yerinə bu gün yeni ağacların əkilməsi təmin edilib.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR